Güclü külək əsəcək, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
05.09.2023 15:07
Aa
dəq

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən məlumata görə, sentyabrın 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Həftənin ən çox oxunanları

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu