Güclü külək əsəcək, temperatur 5-7° aşağı enəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, temperatur 5-7° aşağı enəcək - XƏBƏRDARLIQ
27.07.2023 16:41
Aa
dəq

Bakıda və Abşeron yarımadasında iyulun 28-də cənub küləyinin 15-20 m/s, 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək, 25-28° isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Həftənin ən çox oxunanları

Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
DAVAMIN OXU davamın oxu

Yağış, külək, şimşək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Yağış, külək, şimşək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib
DAVAMIN OXU davamın oxu

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu