Əsas məzmuna keç

Güclü külək Bakıda yaşayış binasının damını uçurub

Güclü külək Bakıda yaşayış binasının damını uçurub

Güclü külək Bakıda yaşayış binasının damını uçurub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib...

Bakıda yaşayış binasının damını uçurub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə güclü külək nəticəsində şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…