Operativ Məlumat Mərkəzi

GUAM-ın müşahidə missiyası fevralın 6-da Azərbaycana gələcək

1 dəq
Paylaş:
GUAM-ın müşahidə missiyası fevralın 6-da Azərbaycana gələcək
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün fevralın 6-da tam...

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün fevralın 6-da tam tərkibdə Bakıya gələcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 6 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər