Əsas məzmuna keç

Göygöldə itkin düşən şəxsin şəxsin meyiti göldə aşkarlanıb

Göygöldə itkin düşən şəxsin şəxsin meyiti göldə aşkarlanıb

Göygöldə itkin düşən şəxsin şəxsin meyiti göldə aşkarlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Göygöldə itkin düşən şəxsin şəxsin meyiti aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru kapitanı Eşqin Qasımov deyib.

Bildirilib ki, iyul ayının 17-də Rayon Polis Şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 1978-ci il təvəllüdlü İmaməddin Hümbətovun rayon ərazisində itkin düşməsi barədə məlumat daxil olub.

Kəlbəcər və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində İ.Hümbətovun cəsədi Göygöl rayon ərazisindəki göllərin birində aşkarlanıb.

Hadisə yerinə prokurorluğun əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, mərhum intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

16:56***

Fövqəladə Hallar Nazirliyinin () "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…