Operativ Məlumat Mərkəzi

Goranboyda 3 kq narkotik saxlayan şəxs tutulub

1 dəq
Paylaş:
Goranboyda 3 kq narkotik saxlayan şəxs tutulub
Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional...

Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupudan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov Goranboy rayon Borsunlu kəndi ərazisində saxlanılıb.
Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan ümumi çəkisi 3 kq olan narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər