Əsas məzmuna keç

Gömrük Komitəsinin sabiq sədrləri bu qədər pensiya alır

Gömrük Komitəsinin sabiq sədrləri bu qədər pensiya alır

Gömrük generallarının pensiya məbləğləri açıqlandı. Səfər Mehdiyevin 10140 manat pensiyası var.

Dövlət Komitəsinin təqaüdə generallarının aldığı pensiya məbləği açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qaynarinfo”ya istinadən xəbər verir ki, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Komitənin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin pensiyası 10 140 manatdır. Onun pensiyasının yüksək məbləğdə hesablanması xidmət müddətinin keçməsi, uzun illər DGK-da çalışması, yüksək rütbə daşıması ilə bağlıdır.

Səfər Mehdiyevdən əvvəl Komitənin sədri olmuş general-polkovnik Aydın Əliyev də eyni məbləğdə pensiya alır.

2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara 8300 manata yaxın pensiya verilir.

Komitədən rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 arasındadır.

Qeyd edək ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya verilməsi ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…