Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nərimanovda 100 minlik qızıl oğurlandı

1 dəq
Paylaş:
Nərimanovda 100 minlik qızıl oğurlandı

Bakının Nərimanov rayonunda ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif və onun qardaşı, 27 yaşlı Elməddin Çərkəzov saxlanılıb.

Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax