Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİM imtahan verəcək şəxslərə vacib müraciət etdi

3 dəq
Paylaş:
DİM imtahan verəcək şəxslərə vacib müraciət etdi

İyunun 21-də keçiriləcək dili (dövlət dili) imtahanında mayın 25-dən iyunun 2-dək qeydiyyatdan keçən müəyyən kateqoriyadan olan abituriyent və iştirak edəcəklər.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilmiş imtahanda iştirak etməyən və ya həmin imtahandan “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri imtahana vərəqələrini DİM-in internet saytından çap etməlidirlər. Həmçinin hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən cari ilin məzunları da imtahanda iştirak edəcəklər. Bu kateqoriyadan olan şagirdlər də buraxılış vərəqələrini çap etməlidirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax