Əsas məzmuna keç

Generala yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Generala yüksək VƏZİFƏ VERİLDİ - FOTO

General-mayor Fərid Əliyev MN Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi təyin edilib. İranla hərbi əməkdaşlıq müzakirə olunub.

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Əliyevə həvalə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, general-mayor Fərid Əliyevin rəhbərlik etdiyi “ Respublikası və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.

Qeyd edək ki, əvvəllər Dövlət Gömrük Xidmətində çalışmış Fərid Əliyevə İlham Əliyevin ötən ilin noyabr ayında imzaladığı sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib. Müdafiə Nazirliyinin ən gənc generalı olan F.Əliyev bir neçə aydır ki, bu vəzifəni icra edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…