Əsas məzmuna keç

Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim edib - 02.06.2023 17:23

Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim edib - 02.06.2023 17:23

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Gənclər və İdman Nazirliyi ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qızıl formalı “AZZİ” adlanır və öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə qartalını simvolizə edir.

Bundan başqa, qartal gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.

Layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur. Əslən amerikalı olan mütəxəssisin yaradıcı sahədə iyirmi ilə yaxın zəngin təcrübəsi vardır və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək onların da bu sahədə inkişafına dəstək olacaq.

Qeyd edək ki, maskot aprel ayında keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlamışdı. Bundan başqa, idmansevərlər “AZZİ”ni paytaxtımızda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər. Bu gün isə o, adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…