Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi ratifikasiya edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda təsdiqlənib.