Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb
04.07.2023 11:36
Aa
dəq

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, monitorinqlər zamanı Fərid Mirzəyevin “Mercedes” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə F.Mirzəyev sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib. Qayda pozduğuna görə saxlanılan “Tofaş” markalı avtomobilin sürücüsü İsmayıl Tağıyev isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə adağan olunmuş səs siqnallarından istifadə etməsi, arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi dərək iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu