Operativ Məlumat Mərkəzi

Gəncədə iki maşın toqquşub, xəsarət alan var

1 dəq
Paylaş:
Gəncədə iki maşın toqquşub, xəsarət alan var
Gəncədə yol qəzası olub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb. “Körpü-tikinti”...

Gəncədə yol qəzası olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb. “Körpü-tikinti” şirkətinə məxsus olan 20-AA-432 seriyalı, "Suzuki" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb, tikinti şirkətinə məxsus avtomobil isə aşıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər