Əsas məzmuna keç

Gəncə və Naftalanda subasmanın fəsadları aradan qaldırılıb

Gəncə və Naftalanda subasmanın fəsadları aradan qaldırılıb

Ölkə ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub. Fövqəladə Hallar Nazirliyindən "Operativ Məlumat...

Ölkə ərazisində davam edən qeyri-sabit və yağmurlu bir sıra fəsadlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən şəhərinin "Yeni məhəllə" adlanan ərazisində fərdi yaşayış evinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar dərhal əraziyə cəlb edilən Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bundan əlavə, FHN-in “112" qaynar telefon xəttinə daxil olmuş müraciət əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan Şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən Naftalan şəhərində su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hava proqnozu

24° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…