Əsas məzmuna keç

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib - 18.05.2024

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib - 18.05.2024

Mayın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-nın mətbuat xidmətindən...

Mayın 18-də Dövlət Sərhəd Xidmətinin () birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nın mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana , cəsur, nizam-intizamlı olmağı, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi gətirildikdən sonra DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini üzərilərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi yekunlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…