Operativ Məlumat Mərkəzi

Gəmilər lövbərə çəkilib

1 dəq
Paylaş:
Gəmilər lövbərə çəkilib
{"az":"Xəzər dənizində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Dəniz Nəqliyyatı Donanmasının və Xəzər...","en":"","ru":""}

Xəzər dənizində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Dəniz Nəqliyyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının gəmiləri lövbər dayanacaqlarına və sığınacaqlara göndərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq ASCO-dan məlumat verilib.

“Onların fəaliyyətlərinin axşam saatlarında bərpa ediləcəyi gözlənilir”, - ASCO-dan bildirlib.

Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında - 4, Aran rayonlarında - 3, Naxçıvan MR-da - 10, dağlıq rayonlarda isə - 20 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər