Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 2 şəxsin imza vərəqələri MSK-ya təqdim olunub - YENİLƏNİB

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 2 şəxsin imza vərəqələri MSK-ya təqdim olunub - YENİLƏNİB
02.01.2024 16:35
Aa
dəq

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.

***

Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Həftənin ən çox oxunanları

Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının iş planı təsdiqlənib

Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının iş planı təsdiqlənib
DAVAMIN OXU davamın oxu

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib
DAVAMIN OXU davamın oxu

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident bu şəxsləri təltif etdi - SİYAHI
DAVAMIN OXU davamın oxu

AZAL-ın prezidenti təyin edilib

AZAL-ın prezidenti təyin edilib
DAVAMIN OXU davamın oxu

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
DAVAMIN OXU davamın oxu