Gədəbəydəki qızıl yatağını istismar edən şirkət kimindir?

Gədəbəydəki qızıl yatağını istismar edən şirkət kimindir?
22.06.2023 18:13
Aa
dəq

Son günlər Gədəbəydəki qızıl yatağının istismarı ilə məşğul olan şirkətlə bağlı müxtəlif fikirlər səsləndirilib. Həmin şirkətlərin ölkədə bəzi şəxslərin adı ilə bağlamaq cəhdləri müşahidə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”ya istinadən məlumat verir ki, irəli sürülən iddialar heç bir fakta söykənmir. 

Belə ki, “Söyüdlü” qızıl yatağı Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti tərəfindən istismar edilir.

“Anglo Asian Mining” şirkəti Azərbaycanın 8 qızıl yatağının (Gədəbəy, Qoşa, Ordubad Qrupu (Şəkərdərə, Misdağ, Ağyurt, Piyazbaşı, Diakçay), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqları) işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus  “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.

Yatağın öyrənilməsi və istismarı əsasən 3 mərhələyə ayrılır. Sonuncu dəfə yatağın öyrənilməsi və istismarı “Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq və Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 1997-ci il tarixli Sazişin şərtlərinə uyğun olaraq aparılıb. 

“Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq və Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” R.V. İnvestment Group Services, LLC şirkəti ilə bağlanmış Sazişdə dəyişikliklər edilib və 2022-ci il iyulun 5-də təsdiqlənib. Aparılmış dəyişikliyə əsasən 882 kvadrat km sahə kontrakt sahəsinə daxil edilib. Əlavə edilmiş kontrakt sahəsinin əsas hissəsi Gədəbəy rayonu ərazisini əhatə edir.

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu