Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BDYPİ sürücülərə müraciət edib

2 dəq
Paylaş:
BDYPİ sürücülərə müraciət edib

DİN-in Baş Dövlət İdarəsi (BDYPİ) qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" müraciəti təqdim edir:

“Bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək qayıdış zamanı qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi xahiş edir.

Bununla yanaşı, sürücülərə yola çıxmazdan əvvəl vasitələrinin texniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgün qiymətləndirmək, hərəkət zamanı həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanı xüsusilə diqqətli olmaq vacibdir.

Eyni zamanda, sürücülərin uzun məsafəli səfərlər zamanı fasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bu kimi davranışlardan uzaq durmaları tələb olunur”.

BDYPİ hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa və qaydalara ciddi əməl etməyə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax