Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

2 dəq
Paylaş:
“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

""ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən, çempionunun rəqibi "" (İngiltərə) olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. "Köhlən atlar" bu raundu adlayacağı təqdirdə 1/8 finalda "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bütün cütləri də müəyyənləşib.

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək.

"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

"Monako" (Fransa) - PSJ (Fransa)

"Qalatasaray" () -"Yuventus" (İtaliya)

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

"Budyo-Qlimt" (Norveç) - "İnter" (İtaliya)

"Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya)

"Brügge" (Belçika) - "Atletiko" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.

Mövsümün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax