G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb

G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
19.04.2024 15:35
Aa
dəq

G7 ölkələrinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə sadiq qalmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə G7 ölkələrinin XİN başçılarının Kapri adasında keçirilən üçgünlük görüşünün yekunu üzrə birgə bəyanatında bildirilib.

“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq”, - sənəddə qeyd edilib.

G7 ölkələri regionda vəziyyətin daha da gərginləşməsinin qəbuledilməz olduğunu və bütün səviyyələrdə, xüsusən də Avropa İttifaqı və ABŞ tərəfindən təqdim edilən danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları təşviq etməyə hazır olduqlarını vurğulayıblar.

Həftənin ən çox oxunanları

Hikmət Hacıyev Gert Yan Kupmanla görüşüb

Hikmət Hacıyev Gert Yan Kupmanla görüşüb
DAVAMIN OXU davamın oxu

Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib

Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident COP29-a hazırlıqdan danışdı

Prezident COP29-a hazırlıqdan danışdı
DAVAMIN OXU davamın oxu