Operativ Məlumat Mərkəzi

Füzulidə gənc yol qəzasında ağır xəsarətlər alıb

1 dəq
Paylaş:
Füzulidə gənc yol qəzasında ağır xəsarətlər alıb
Füzuli rayonunda 16 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, iki...

Füzuli rayonunda 16 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Niftəliyev Sərxan Sərvan oğlu xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər