“Kəpəz” futbol klubu baş məşqçi Azər Bağırovla yollarını ayırıb. Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, tərəflər arasında mövcud müqavilənin müddəti başa çatıb və yeni anlaşma əldə olunmayıb.
Xatırladaq ki, Azər Bağırov 2025-ci il oktyabrın 1-dən etibarən Gəncə klubuna rəhbərlik edirdi.