Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kadi 3 oyunluq cəzalandırılıb

2 dəq
Paylaş:
Kadi 3 oyunluq cəzalandırılıb

""ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 cəzalanıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" 5 000 manat cərimələnib.

III turun "Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən "Neftçi" daha 2 000 manat cərimə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə