Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa iki iranlı diplomatı ölkədən çıxarır: Diplomatik böhran dərinləşir

2 dəq
Paylaş:
Fransa iki iranlı diplomatı ölkədən çıxarır: Diplomatik böhran dərinləşir

Fransa və İran arasında gərginlik daha da kəskinləşib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Fransa hökuməti Tehrandakı səfirliyinin iki əməkdaşına qarşı törədilən “qəsdən hücum” və təzyiqlərə cavab olaraq iki iranlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Fransanın naziri “X” sosial şəbəkəsində bildirib ki, diplomatların ölkədən çıxarılması yaxın gələcəkdə həyata keçiriləcək. Nazir iyulun 19-da baş verən insidenti “dözülməz” adlandıraraq, hadisənin nəticəsiz qala bilməyəcəyini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai isə Fransanın mövqeyini qəbul etməyib.

Onun sözlərinə görə, Fransa səfirliyinin iki əməkdaşı “Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası”nı pozub. həmin diplomatları “persona non grata” elan edərək, onların ölkəyə girişinə qadağa qoyub.

İran tərəfi fransız diplomatları ölkənin daxili işlərinə müdaxilə etməkdə və vətəndaş cəmiyyətini dəstəkləyən fəaliyyətlər həyata keçirməkdə ittiham edib.

Fransa isə Tehranın bu ittihamlarını rədd edib. Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavre İran hakimiyyətinin diplomatlara qarşı hərəkətlərinə bəraət qazandırmaq üçün “yalan və uydurma” iddialar irəli sürdüyünü bildirib.

Məlumata görə, iyul ayında İranın qüvvələri Fransa səfirliyinin iki əməkdaşını saxlayıb və onlara qarşı fiziki təzyiq göstərib.

Hadisədən sonra Fransa İranın Parisdəki müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib.

Avropa İttifaqı da insidenti pisləyərək, onsuz da gərgin olan Paris-Tehran münasibətləri fonunda İrana təzyiqləri artırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Xəbəri sonuncu öyrənməyin

Aktual — pulsuz xəbər bildirişi

Yüklə