Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa Kiprə hərbçi yerləşdirə bilər: Yeni razılaşma hazırlanır

2 dəq
Paylaş:
Fransa Kiprə hərbçi yerləşdirə bilər: Yeni razılaşma hazırlanır

Kipr rəhbərliyi arasında adaya daimi hərbi qüvvə yerləşdirilməsinə imkan verəcək yeni müqavilənin imzalanması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə Cənubi Kiprdə keçirilən Avropa İttifaqı liderlərinin qeyri-rəsmi toplantısında Fransa Prezidenti ilə Cənubi Kipr rəhbəri Nikos Xristodulidis bir araya gəliblər.

Görüş zamanı hərbi əməkdaşlığı genişləndirəcək sənədin iyun ayında Parisdə imzalanması barədə razılıq əldə edilib.

Bu təşəbbüs Şimali Kipr Türk Respublikası (ŞKTR) tərəfindən birmənalı qarşılanmayıb.

ŞKTR Məclisinin sədri Ziya Öztürkler məsələyə münasibət bildirərək, atılan addımın adadakı sülh və sabitliyə xələl gətirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Fransanın bu cəhdi sırf siyasi maraqlara xidmət edir və regionda gərginliyi artıra bilər.

Mütəxəssislər hesab edirlər ki, adada kənar bir dövlətin hərbi kontingent saxlaması ciddi hüquqi mübahisələrə yol açacaq.

Belə ki, 1960-cı ildə , Yunanıstan və Böyük Britaniya arasında imzalanmış Kipr Zəmanət Müqaviləsinə əsasən, başqa ölkələrin adada hərbçi bulundurması qanunauyğun sayılmır.

Cənubi Kiprin əvvəllər də müxtəlif dövlətlərlə hərbi etməsinə baxmayaraq, Fransa ilə hazırlanan bu razılaşma öz miqyasına görə xüsusi diqqət çəkir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax