2012-2017-ci illərdə Fransaya rəhbərlik edən sabiq prezident Fransua Olland növbədənkənar parlament seçkilərinin ilk turunda parlamentə seçilə bilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tül" departamenti keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edilib ki, o, 37,63% səs toplayıb, halbuki seçilmək üçün 50% səs lazımdır.
Lakin Olland ikinci turda mübarizəni davam etdirmək niyyətindədir.
Parlamentin aşağı palatasına seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.