Əsas məzmuna keç

Fransada etirazlardan sonra kütləvi tədbirlər ləğv edildi

Fransada etirazlardan sonra kütləvi tədbirlər ləğv edildi

paytaxt polisi pensiya islahatına qarşı etirazlardan sonra Milli Assambleyaya və Prezident iqamətgahına yaxın yerlərdə kütləvi tədbirlərin keçirilməsini...

Fransanın paytaxtı Parisin Konkord və meydanlarında kütləvi toplantılar qadağan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" kanalına istinadən xəbər verir ki, paytaxt polisi pensiya islahatına qarşı etirazlardan sonra Milli Assambleyaya və iqamətgahına yaxın yerlərdə kütləvi tədbirlərin keçirilməsini qadağan edib.

Belə ki, insanlar bu yerlərdə toplaşmağa cəhd etsələr, cərimələnə bilərlər.

Telekanal xatırladıb ki, martin 16-ı və 17-də Parisin Konkord meydanında hökumətin pensiya islahatına qarşı etiraz aksiyaları keçirilib.

Nümayişlər etirazçılarla asayiş qüvvələri arasında toqquşmaya çevrilib. Parisdə 200-dən çox etirazçını saxlayıb.

Qeyd edək ki, islahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Müəyyən edilmiş pensiya yaşı həddinin hər il üç ay müddətində mərhələli şəkildə 62-dən 64-ə dəyişdiriləcəyi və bu prosesin 2030-cu ilə qədər davam edəcəyi deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #yelisey#bfmtv
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…