Əsas məzmuna keç

Fransa şirkətlərinin Azərbaycandan çıxarılması təklif olunub

Fransa şirkətlərinin Azərbaycandan çıxarılması təklif olunub

komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb. Bundan başqa, deputatlar Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək bu ölkə ilə iqtisadi əlaqələrin dayandırlmasını təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb.

Bundan başqa, deputatlar Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulmasını istəyirlər.

Təkliflər sırasında “Total” şirkəti də daxil olmaqla bütün fransız kompaniyaların Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi məsələsi var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…