Fransa Nigerdə yerləşən ordusuna məxsus hərbi və diplomatik aktivlərə zərər gətirəcək istənilən gərginliyə cavab verəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransa Baş Qərərgahından məlumat verilib.
Rəyasət Heyətindən verilən açıqlamada, Nigerdəki fransız əsgərlərinin bu ölkədəki Fransa hərbi varlıqlarına və diplomatik nümayəndəliklərinə zərər verəcək "hər hansı yeni gərginliyə cavab verməyə hazır olduqları" ifadə edildi.