"Fransa dünyanın müxtəlif hissələrində yürütdüyü uğursuz siyasəti kompensasiya etmək üçün Qafqaza həmlələr edir” – Xankəndinin deputatı

"Fransa dünyanın müxtəlif hissələrində yürütdüyü uğursuz siyasəti kompensasiya etmək üçün Qafqaza həmlələr edir” – Xankəndinin deputatı
31.08.2023 15:19
Aa
dəq

“Fransa tərəfindən Azərbaycanın suverən ərazilərinə doğru humanitar yük adı altında əlavə tırların göndərilməsi diplomatik gərginliyin çoxalmasına xidmət edir və BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələr öncəsi səs-küy yaratmaq məqsədi güdür”. 

Bunu "Operativ Məlumat Mərkəzi - OMM"-ə açıqlamasında Milli Məclisin Xankəndindən olan deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, 120 min insanın “əzab çəkməsi” kimi məsələlər təbii ki, hamısı yalan üzərində qurulmuş mifologiyadır.

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadada olması, humanitar böhran içərisində qalması kimi məsələlər birinci gündən Ermənistan və onun havadarları tərəfindən ortaya atılmasında məqsəd Azərbaycanın ərazi bütövlüynün, suveren ərazilərinin üzərində nəzarətin tam təmin edilməsinin, Ermənistan və onun havadarı Fransa tərəfindən qəbul edə bilməməsinin göstəricisidir. "Humanitar blokada", 120 min insanın “əzab çəkməsi” kimi məsələlər təbii ki, hamısı yalan üzərində qurulmuş mifologiyadır. Dediyimiz kimi, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmirlər və məqsədləri Azərbaycanın daxili işlərinə qarışmaq, suverenliyini bərpa etməsinə mane olmaqdır. Təbii ki, bu məsələdə Fransa çox var-gəl edir. Sözügedən ölkənin açıq düşmən mövqeyi oratadadır. Əvvəl Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr heç bir nəticə vermədi, heç bir bəyanat olmadı. İndi isə Fransa özü bu məsələni öz təşəbbüsü ilə üzərinə götürüb və anti-Azərbaycan sənədini BMT Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşır. Bu kontekstdə Fransa tərəfindən Azərbaycanın suverən ərazilərinə doğru humanitar yük adı altında əlavə tırların göndərilməsi diplomatik gərginliyin çoxalmasına xidmət edir və BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələr öncəsi səs-küy yaratmaq məqsədi güdür”. 

Tural Gəncəliyev bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən də Ağdam-Xankəndi yolu ilə humanitar yükün göndərilməsi həm Ermənistanın, həm Fransanın, həm də anti-Azərbaycan mövqeyi tutan bütün qüvvələrin qurduğu planı ifşa etdi.

“Orada yaşayan insanlar həqiqətəndə aclıq içindədirsə, onda dərhal onlar Azərbaycanın göndərdiyi yardımı qəbul etməlidirlər. Hesab edirəm ki, məhz bu baxımdan əsas məsuliyyət Ermənistanın, onun havadarlarının, xüsusilə Fransanın və Qarabağda mövcud olan xunta rejimin nümayəndələrinin üzərinə düşür. Onlar hələ də Qarabağda yaşayan insanları alət kimi istifadə edirlər. Bu aclıq və humanitar böhran kimi mövzularla dünya ictimaiyyətinin diqqətini çəkməyə çalışırlar. Hesab edirəm ki, onlar Azərbaycanın Ağdam-Xankəndi yolu ilə göndərdiyi humanitar yükləri qəbul etsələr bütün bu mif sınacaq. Beləliklə də, Ermənistanın qurduğu bütün planlar iflasa uğrayacaq. Ona görə də planı quranlar Ağdam-Xankəndi yolu ilə yüklərin qəbul edilməsini istəmirlər, lakin başqa yol yoxdur. Azərbaycan rəsmiləri dəfələrlə qeyd edib ki, sözügedən yol açıldıqdan sonra Laçın yolu da fəaliyyət göstərəcək. Burada heç bir problem yoxdur. 

Xankəndinin deputatı əlavə edib ki, Fransanın Qafqaz planları uğursuz olacaq, çünki cənubi Qafqaz Azərbaycan və Türkiyə üçün qırmızı xəttdir.

“Fransa dünyanın müxtəlif bölgələrində apardığı uğursuz siyasəti sanki kompensasiya etmək üçün Qafqaza həmlələr edir. Afrikada, yaxın Şərqdə, dünyanın müxtəlif yerlərində, müstəmləkəçilik etdiyi ölkələrdə bu siyasətini keçirmək istəsə də, Fransanın uğursuz fəaliyyəti onu Qafqazda daha aqressiv şəkildə həmlələr etməyə sövq edir. Ancaq bunu etmək mümkün olmayacaq. Çünki Qafqaz Azərbyacanın, Türkiyənin qırmızı xəttidir, milli maraqlarımızdır. Xüsusi ilə də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı təhdidlər kimliyindən və hansı güc mərkəzindən gəlməsindən asılı olmayaraq birmənalı şəkildə alınır və alınacaq. Lakin Fransanın yenə də canfəşanlıq etməyi bir daha göstərir ki, bu ölkə Ermənistan-Azərbayacan münaqişəsinin nizamlanmasında maraqlı deyil. Təsəvvür edin ki, Paris kimi böyük şəhərin meri və bəzi fransız nümayəndələr milyonlarla kilometr yolu qət edib Azərbaycan sərhədinə qədər gəlirlər və bu, onların xoş niyyəti kimi qəbul edilməməlidir. Bir daha biz burada geopolitik baxımdan Ermənistanla, Hindistanla əlbir olaraq Qafqazlara güclü təziq etmə cəhdlərinin şahidi oluruq, ancaq bunun da qarşısı alınır və alınacaq”.

Zümrüd Allahverdi

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu