Fransanın müdafiə naziri Ketrin Votrin Hörmüz boğazında mina yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir bu barədə "France Info" radiosuna açıqlamasında danışıb.
O qeyd edib ki, hazırda Fransanın bu ərazidə minaların yerləşdirildiyinə dair dəqiq məlumatı yoxdur.
“Hazırda bu mövzu ilə bağlı heç bir əminliyim yoxdur, amma hər halda, potensial olaraq minaların çıxarılması zərurətinə hazırlaşırıq”, - deyə Votrin bildirib.
Nazirin sözlərinə görə, mina təmizləmə gəmiləri Fransa və Böyük Britaniyanın mümkün birgə missiyası çərçivəsində regiona göndərilib. O, həmçinin Fransanın Cibutidəki bazasında artıq bir gəminin yerləşdiyini qeyd edib.
Məlumata görə, "CBS News" ABŞ kəşfiyyatına istinadən Hörmüz boğazında ən azı 10 minanın aşkar edildiyini bildirib. ABŞ rəsmiləri isə bu məlumatı adlarının açıqlanmasını istəmədən təsdiqləyiblər.