Operativ Məlumat Mərkəzi

Fransada 15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir

1 dəq
Paylaş:
Fransada 15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir

Fransa Milli Assambleyası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səsvermə zamanı 116 deputat təşəbbüsün lehinə çıxış edib.

Emmanuel hökuməti qanunun qəbulunu sürətləndirməyə çağırıb.

O, qadağanın 2026-cı il sentyabrın 1-nə qədər, yəni yeni tədris ilinin başlanğıcınadək qüvvəyə minməsini istəyir.

"X" sosial şəbəkəsindəki paylaşımında uşaqların gələcəyinin ticari maraqlara qurban verilməməli olduğunu vurğulayıb:

"Övladlarımızın beyinləri nə Amerika platformalarına, nə də Çin telekanallarına satılmır", - deyə Makron qeyd edib.

Fransanın bu addımı uşaqların rəqəmsal dünyada qorunması üzrə qlobal tendensiyanın tərkib hissəsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax