Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa Hörmüz boğazı sammitinə NATO və Aİ rəhbərlərini dəvət etmədi

2 dəq
Paylaş:
Fransa Hörmüz boğazı sammitinə NATO və Aİ rəhbərlərini dəvət etmədi

Fransa boğazının açılması ilə bağlı keçiriləcək sammitə NATO-nun Mark Rutte və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyeni etməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iki dəfə Londonun təklif etdiyi “dəvət olunanlar siyahısı”ndan həmin adların çıxarılmasını istəyib və formatın yalnız dövlət və hökumət başçıları səviyyəsində iştirakla məhdudlaşdırıldığını bildirib.

Britaniya hökumətinin açıqlamasına əsasən, sammitdə təxminən 40 ölkənin iştirakı gözlənilir. Görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni və Almaniya kansleri Fridrix Merz şəxsən iştirak edəcək, digər liderlərin isə video bağlantı vasitəsilə qoşulacağı bildirilir.

Nəşrin məlumatına görə, ABŞ administrasiyasının nümayəndələri siyahıya daxil edilməyib. Bununla belə, Avropa liderlərinin görüşdən sonra ABŞ Prezidenti Donald Trampa sammitin nəticələri barədə məlumat verməsi mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax