Formula 1-ə görə bu yollar da bağlanacaq

Formula 1-ə görə bu yollar da bağlanacaq
22.04.2023 12:47
Aa
dəq

Bakıda daha bir neçə yol "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu