Keçmiş maliyyə naziri Vardan Xaçatryan 67 yaşında vəfat edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə müxalifətçi millət vəkili və Yerevanın keçmiş meri Taron Marqaryan sosial şəbəkə hesabında məlumat verib. O, paylaşımında mərhumla bağlı kədərini ifadə edib.
“Böyük dostum, keçmiş maliyyə naziri Vardan Xaçatryanın vəfatı xəbərini dərin kədərlə eşitdim”, – deyə Marqaryan qeyd edib.
Məlumata görə, anım mərasimi sabah keçiriləcək, dəfn mərasimi isə fevralın 8-də baş tutacaq.