“Sabah” futbol klubu heyətində dəyişiklik edib. Klubdan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, nigeriyalı hücumçu Cesse Sekidika ilə yollar ayrılıb. Futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Qeyd edək ki, Cesse Sekidika “Sabah”ın heyətində uğurlu çıxışı ilə yadda qalıb. O, komandanın heyətində bir dəfə Azərbaycan çempionluğu, iki dəfə isə ölkə kubokunun qalibi titulunu qazanıb.
“Bayquşlar”ın heyətində ümumilikdə 107 qarşılaşmaya çıxan Sekidika aşağıdakı statistik göstəricilərlə yadda qalıb:
- Qol sayı: 21
- Məhsuldar ötürmə: 18