Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, xəbərdarlıqda deyilir ki, xəbərdarlığa əsasən, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhər səhərə kimi davam edəcək.
Açıq dənizdə küləyin surəti arabir 30-32 m/s-dək güclənəcək.
Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.