Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Tarqovu"da yanan obyekt söndürüldü - 2 nəfər xəsarət alıb - YENİLƏNİB

4 dəq
Paylaş:
"Tarqovu"da yanan obyekt söndürüldü - 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Yusif küçəsində binada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.

Yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kv.m. sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi yanıb. Binanın böyük hissəsi yanğından mühafizə edilib.

tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

***

Avqustun 7-də saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir. 4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub".

***

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış hissəsində baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu hadisə yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın 120 kv.m ərazini əhatə edib, bina qədimi bina olduğu üçün taxta konstrustliyadan ibarət olub. Yanğın zamanı binadan 6 nəfər təxliyə edilib, bir yaşlı vətəndaş həkimə müraciət edib. Həyatı üçün təhlükə yoxdur.

Qərargah rəisinin sözlərinə görə, 12 texnika olmaqla, 62 şəxsi heyət hadisə yerinə cəlb edilib, yanğın məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbi araşdırılacaq, ictimaiyyətə məlumat veriləcək.

***

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in xidməti məlumat yayıb.

Binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Əlavə məlumat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax