Finlandiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Haapasaari, Nuijamaa və Santio limanları da aprelin 15-dən qeyri-müəyyən müddətə turist gəmiləri üçün bağlanacaq.
Son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artmasının ardından ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.
Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.