Operativ Məlumat Mərkəzi

Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini müəyyən müddətə kimi bağlayıb

1 dəq
Paylaş:
Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini müəyyən müddətə kimi bağlayıb

Finlandiya Daxili İşlər Nazirliyindən açıqlamada, sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən bağlı qalmasına qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Haapasaari, Nuijamaa və Santio limanları da aprelin 15-dən qeyri- müddətə turist gəmiləri üçün bağlanacaq.

Son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artmasının ardından ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.

Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax