Budapeşt Ukraynaya ayrılan 100 milyard avroluq hərbi yardım fonduna töhfə verməyə hazır deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto NATO ölkələrindən olan həmkarları ilə görüşündən sonra bildirib.
“NATO 5 il müddətinə 100 milyard avroluq paketi təsdiq edərsə, bu, Macarıstan büdcəsinə 10 milyard avro əlavə xərcə gətirib çıxaracaq”, - deyə departament rəhbəri bildirib.
O qeyd edib ki, macar vergi ödəyicilərinin pulları “müharibə təhlükəsi yaradan” qərarın icrası üçün uyğun deyil.
Siyarto vurğulayıb ki, görüşdə Ukraynaya hərbi yardım fondunun yaradılmasına qarşı çıxan yeganə şəxs o deyil. O, başqa ölkələrin də "bu fikri tənqid etdiyini" izah edib.