Əsas məzmuna keç

Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirməkdən imtina edib

Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirməkdən imtina edib

bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto NATO ölkələrindən olan həmkarları ilə görüşündən sonra bildirib. “NATO 5...

Budapeşt Ukraynaya ayrılan 100 milyard hərbi yardım fonduna töhfə verməyə hazır deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın və xarici iqtisadi naziri Peter NATO ölkələrindən olan həmkarları ilə görüşündən sonra bildirib.

“NATO 5 il müddətinə 100 milyard avroluq paketi təsdiq edərsə, bu, büdcəsinə 10 milyard avro əlavə xərcə gətirib çıxaracaq”, - deyə departament rəhbəri bildirib.

O qeyd edib ki, macar vergi ödəyicilərinin pulları “müharibə təhlükəsi yaradan” qərarın icrası üçün uyğun deyil.

Siyarto vurğulayıb ki, görüşdə Ukraynaya hərbi yardım fondunun yaradılmasına qarşı çıxan yeganə şəxs o deyil. O, başqa ölkələrin də "bu fikri tənqid etdiyini" izah edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…