FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib
22.03.2024 15:05
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlillərə görə, yaşayış sektorunda yanğınların böyük hissəsi məişət cihazlarından düzgün istifadə edilməməsi səbəbindən baş verir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir:

- qeyri-standart, nasaz elektrik və qaz qızdırıcılarından istifadə etməyin;

- işlək qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın;

- elektrik və qaz cihazlarından istifadəni uşaqlara qadağan edin;

- elektrik və qaz cihazlarını yanar əşyalardan uzaq yerləşdirin;

- elektrik uzadıcısı və ya yuvasına çox sayda elektrik cihazını eyni anda qoşmayın;

- evi tərk edərkən qaz cihazlarını söndürün, elektrik avadanlıqlarını şəbəkədən ayırın!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu