Operativ Məlumat Mərkəzi

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

1 dəq
Paylaş:
FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə daxil olan məlumatla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə nazirliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verilib.

Bildirilib ki, mərkəzin qüvvələri gölün daşmasının qarşısının alınması məqsədilə suyun səviyyəsinin endirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər