FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
10.11.2023 11:19
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həftənin ən çox oxunanları

Bəzi yerlərdə leysan yağıb, Ağdama dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB

Bəzi yerlərdə leysan yağıb, Ağdama dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU
DAVAMIN OXU davamın oxu

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu