Türkiyədəki xilasetmə qüvvələrinin növbəti hissəsi vətənə qayıdıb - YENİLƏNİB

Türkiyədəki xilasetmə qüvvələrinin növbəti hissəsi vətənə qayıdıb - YENİLƏNİB
08.03.2023 17:38
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, eydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıb.

Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

15:42***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən xəbər verilib.

Qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir Ayşe Saraç, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndəsi Cumhur Özkaptan, media və ictimaiyyət nümayəndələri yola salıblar.

Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin hadisə bölgəsindəki fəaliyyətlərini yüksək qiymətləndirib, baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş insanların xilas edilməsi, onlara tibbi və psixoloji yardımın göstərilməsində yüksək peşəkarlıq və böyük fədakarlıq nümayiş etdirdiklərini bildiriblər.

Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu