FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
27.11.2023 10:36
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bu gün və sabah ölkə ərazisində hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edib.

"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - FHN-dən qeyd olunub.

Həftənin ən çox oxunanları

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU
DAVAMIN OXU davamın oxu

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu