Əsas məzmuna keç

FHN əhaliyə müraciət edib - 27.05.2023

FHN əhaliyə müraciət edib - 27.05.2023

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə qeyri-sabit ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

FHN-nin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun kənarlaşdırılması təmin edilib, zəruri tədbirləri həyata keçirilib.

FHN bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…